Arxiv
AMEA-nın Biofizika İnstitutu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19.02.2019

     AMEA Biofizika İnstitutu ilə Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

    3 illik müqavilənin məqsədi qarşılıqlı fəaliyyətin təşkili, müştərək elmi tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsidir.

     Sənədi institutun Ekoloji biofizika laboratoriyasının rəhbəri, professor Tokay Hüseynov və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Hemopoezin patologiyası bölməsinin rəhbəri Çingiz Əsədov imzalayıblar.