AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkilər laboratoriyasının müdiri, professor Elman İsgəndər və Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vaqif Novruzovun həmmüəllifi olduğu ”Yaşıllıqlarda istifadə olunan fanerofitlərin ekoloji təhlili (Ecological analysis of phanerophytes used in greenery)" adlı məqalə “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Ciencia e Tecnica Vitivinicola” jurnalında nəşr olunub.
Məqalədə Abşeron yarımadasında yaşıllaşdırmada istifadə edilən fanerofitlərin bəzi ekoloji amillərə qarşı münasibəti təhlil edilib.