M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Ali sinir fəaliyyətinin fiziologiyası kafedrasının və Federal Elmi Nevrologiya Mərkəzinin Kliniki və exsperimental neyrokimya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Danil Berejnoy AMEA-nın Fiziologiya İnstitutunda olub.
MDU-nun Biologiya fakültəsi ilə razılaşma çərçivəsində baş tutan səfərdə məqsəd Fiziologiya İnstitutunda kompüterlə təchiz edilmiş “Məkiki kamera” qurğusunun quraşdırılması və siçovullar üzərində dörd yeni metodun sınaqdan keçirilməsi olub.
Rusiyalı alim səfər çərçivəsində, həmçinin institutun əməkdaşları üçün “Müxtəlif şəraitdə təlim və yaddaş proseslərinin öyrənilməsi” mövzusunda seminar keçib.
http://science.gov.az