Arxiv
Botanika İnstitutunda Ümumdünya Mülki Müdafə Günü ilə əlaqədar tədbir keçirilib
01.03.2019

      Bugün AMEA Botanika İnstitutunda 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

      İnstitutun MM qərargahının rəisi Nazim Xəlilov “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxunub. Qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə  edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, elektrik xətlərinin həddindən artıq yüklənməsi, meşədə tonqalların nəzarətsiz qalması, və s. kimi halların yanğın, partlayış, zəhərlənmə kimi təhlükə yarada biləcəyini diqqətə  çatdırıb.