Arxiv
"Biologiya və aqrar sahədə səmərəli tətbiq işi" mövzusunda müsabiqə elan olunub
01.03.2019

      AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası "Elm günü"nə həsr olunmuş "Biologiya və aqrar sahədə səmərəli tətbiq işi" mövzusunda müsabiqə elan edir.

      Müsabiqədə 40 yaşına qədər gənc alim və mütəxəssislər iştirak edə bilər. İştirakçılar müsabiqəyə təklif edilən tətbiq işi üzrə 5-10 dəqiqəlik təqdimatla çıxış edəcəklər. İştirakçı və tətbiq işi haqqında əvvəlcədən arayış təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər mövzularını 11 mart 2019-cu il tarixinədək (gams.torpaqsunasliq@gmail.com) e-poçt ünvanına göndərə bilərlər.

     Müsabiqə iştirakçıları sertifikatla, qaliblər isə diplomla təltif ediləcəklər.