Arxiv
“Elm günü”ərəfəsində Botanika İnstitutunun alimləri məktəblilərlə görüşüb
15.03.2019

     Ölkədə 27 mart tarixi ilk dəfə olaraq Elm Günü kimi yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Bu münasibətilə AMEA-nın elmi müəssisə və təşkilatlarında tədbirlər, konfrans, seminar və mühazirələr, “dəyirmi masa”, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri planlaşdırılıb.

     AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin böyük elmi işçisi, b.ü.e.d. Lətafət Mustafayeva Bayıl qəsəbəsi Etibar Əliyev adına 162 saylı məktəbdə təşkil olunmuş konfransda “Azərbaycanda bitki ehtiyatları insan sağlamlığının keşiyində” mövzusunda, İnstitutunun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professor, b.ü.e.d. Dilzarə Ağayeva isə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində təşkil edilmiş seminarda “Yabanı aləmdə göbələklərin yeri: onları necə öyrənək ?” mövzusunda çıxış ediblər.

     Hər iki təbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.