Arxiv
Botanika İnstitutunda “Açıq qapı” günü olacaq
15.03.2019

     Martın 29-da AMEA Botanika İnstitutunda “Elm günü” münasibətilə “Açıq qapı” tədbiri təşkil olunacaq. Tələbələr, şagirdlər və gənc tədqiqatçılara İnstitutun şöbə və laboratoriyalarında aparılan iş prosesi və elmi tədqiqatların nəticələri ilə tanış olmaq imkanı yaradılacaq. Alim və mütəxəssislərin iştirakı ilə botanika elminə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq. İnstitutun elmi fəaliyyətini əks etdirən sərgi, həmçinin, Botanika muzeyi və Herbari fonduna ekskursiyalar təşkil olunacaq.

     Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi təsis edilib. Bununla əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

     Arzu edənlər iştirak edə bilər.

     Ünvan: Bakı ş., Badamdar yolu 40