Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Elm günü” ilə bağlı məruzələr dinlənilib
27.03.2019

     AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Elm günü” ilə bağlı silsilə seminarlara start verilib.

    Martın 15-də keçirilən ilk seminarda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Şahniyar Bayramov “Zülalların deqradasiyasının ubikivitin-proteasom yolu” mövzusunda məruzə ilə çıxış edib.

     Uzun zaman Avropanın bir çox ölkələrində, o cümlədən ABŞ-da çalışan təcrübəli tədqiqatçının çıxışı iştirakçıların böyük marağına səbəb olub, mövzu ətrafında geniş müzakirələr aparılıb.

     Daha sonra institutun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülnar Abdullayeva “DNT polimeraza fermentləri, genomun qeyri-stabilliyi və kanser” mövzusunda məruzə ilə çıxış edib.