“AMEA Botanika İnstitutunun Elmi Əsərləri” elmi məqalələr toplusu fasilələrlə 1936-cı ildən çap olunur və hazıradək 37 cildi işıq üzü görmüşdür. AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/2 saylı "AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Qərarına əsasən bu nəşr “AMEA-nın Əsas tələblərə cavab verən və nüfuzlu beynəlxalq elmi bazalara daxil olmaq üçün zəruri potensiala malik elmi jurnalları” siyahısına daxil edilmişdir.
AMEA Rəyasət Heyəti tərəfindən beynəlxalq təcrübənin mənimsənilməsi, çap işlərinin keyfiyyətini və səviyyəsini yaxşılaşdırılması, müasir tələblərə uyğun tərtibatını, beynəlxalq elmi bazaya çıxışını və beynəlxalq indekslə tanınmasını təmin etmək məqsədi ilə bu elmi məqalələr toplusunun adının dəyişdirilərək “Plant & Fungal Research” (Bitki & Göbələk Tədqiqatları) adlandırılmasına və toplunun jurnal formatında çap edilməsinə icazə verilmiş, jurnal üçün yeni Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2617-8001) alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin tərəfindən Mətbu nəşrlərin reyestrinə daxil edilmiş (qeydiyyat nömrəsi: N4221) və birinci nömrə dekabr, 2018-ci il tarixi ilə işıq üzü görmüşdür. Jurnalın ildə 2 dəfə, yalnız ingilis dilnidə çıxması nəzərdə tutulub. Jurnalın tələbləri və müəlliflər üçün qaydalarla tezliklə istifadəyə veriləcək internet saytından (www.plantfungalres.az) tanış olmaq olar.