Arxiv
AMEA və İtaliya Milli Tədqiqat Şurası birgə müsabiqə elan edir
12.04.2019

     AMEA və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2020-2021-ci illər üçün müsabiqə elan edilir.

     Layihələr İtaliya Milli Tədqiqat Şurasının müvafiq elmi təşkilatlarından olan alimlər-lə birlikdə ingilis dilində hazırlanmalıdır. AMEA və CNR tərəfindən birgə seçilmiş layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində İtaliyaya səfər xərclərinin ödənilməsinə sərf ediləcək. 

     Layihə təklifləri 12 aprel-28 iyun 2019-cu il tarixlərində AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur.

     İtaliya tərəfindən iştirak edə biləcək elmi müəssisələr haqqında məlumatı  https://www.cnr.it/en/institutes linkindən əldə etmək mümkündür.

  CNR tərəfdən əlaqələndirici şəxs Antonella Guididir (CNR - Office for European and International Relations, antonella.guidi@cnr.it, +39 06 49933977).

     Layihə təklifləri üçün ərizə forması buradan yüklənə bilər. 

http://science.gov.az/news/open/10182