Arxiv
Tələbələr AMEA Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsi keçəcəklər
17.04.2019

     AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) müasir texnologiyalara əsaslanan ekoloji heyvandarlıq, ekoloji quşçuluq, ekoloji arıçılıq, dərman bitkilərinin tədarükü, həmçinin kənd təsərrüfatı bitkilərinin əkini, rekreasiya kompleksinin yaradılması, fərdi bağçılıq təsərrüfatı sisteminin təşkili ilə bağlı iclas keçirilib.

     Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi qurumda bu istiqamətdə görülən işlərdən danışıb. O, AMEA-nın elmi müəssisələrinin      Təcrübə Dayaq Məntəqələrində İşlər İdarəsinin sifarişi əsasında yerinə yetirilmiş işlərə dair tapşırıqlarını verib.

     İclasda, həmçinin tələbələrin YT Parkda istehsalat təcrübəsi keçmələri məsələsi müzakirə olunub.

       Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq üçün ölkənin 27 ali təhsil müəssisəsinə məktublar göndərilib. Razılığa əsasən, tələbələr istehsalat təcrübəsi müddətində YT Parkın rezidentlərinin fəaliyyəti, mühasibatlıq, hüquq, patent, sertifikatlaşdırma, kargüzarlıq işlərinin aparılması qaydaları, həmçinin kadr işinin təşkili barədə təlimlər keçəcək, müvafiq elmi-tədqiqat laboratoriyalarındakı avadanlıqların iş prinsipinlərini öyrənəcəklər.

      Sonda bir sıra cari və təşkilati işlər ətrafında fikir mübadiləsi aparılıb.