AMEA Botanika İnstitutunda 11 may 2019-ci il tarixində II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
İclası İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. İnstitutun magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış elmi şurnın elmi katibi b.ü.f.d., dosent Rəşad Səlimov magistrantlar və onların dissertasiya mövzuları barədə məlumat verib. Müdafiədə Botanika ixtisası üzrə 5 magistrant öz dissertasiya işini müzakirəyə təqdim edib.
Hər bir iddiaçı elmi müzakirə şəraitində şura üzvlərinin suallarını cavablandırıb. Komissiyanın ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirilib və magistrantlara müvafiq ixtisas üzrə magistr dərəcəsinin verilməsinə dair qərar qəbul edildi.