Arxiv
Biofizika İnstitutunda "Açıq qapı" günü keçiriləcək
22.10.2019

Oktyabrın 25-i saat 10:00-dan 16:00-dək AMEA-nın Biofizika İnstitutunda "Açıq qapı" günü keçiriləcək.

"Açıq qapı" günü AMEA-nın 75 illik yubileyinə həsr olunan Tədbirlər planı çərçivəsində baş tutacaq.

Tədbirdə qonaqlara elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə məlumat veriləcək. Bundan əlavə, institutun laboratoriyalarındakı müasir cihazların iş prinsipi ilə tanışlığa şərait yaradılacaq.

Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117.