Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparmışdır.
Tədqiqat Coğrafi İnformasiya Sistemləri və Məsafədən Zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünün sağlamlığına iqlim dəyişmələrinin təsiri, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 il ərzində dəyişmə dinamikasını, tədqiqat ərazisində yayılan endemik bitkilərinin çoxaldılması üçün onların yayılma potensialının olduğu ərazilərin təxmin edilməsi, meşə idarəetməsində tətbiq olunan risk analizlər kimi mövzuları əhatə edib.