Arxiv
Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar
15.11.2019

1-10 noyabr 2019-cu il tarixlərində AMEA Botanika İnstitutu ilə AMEA Şəki Regional Elmi Mərkəzi arasında elmi əməkdaşlıq çərçivəsində müştərək çöl tədqiqatları həyata keçirilib.

Məqsəd regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmin edilməsi, o cümlədən əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi olub.

Botanika İnstitutunun əməkdaşları b.ü.e.d. Naibə Mehdiyeva, b.ü.f.d. Rəna Abdıyeva, b.ü.f.d. Kəmalə Əsədova və doktorant Nigar Mürsəlqızı tərəfindən Şəki rayonunun Baş Şabalıd kəndi və Marxal ərazisində keçirilən  ilkin monitorinq nəticəsində meşə massivlərində payız florasının siyahısı tərtib olunub və fenoloji müşahidələr aparılıb. Bu sahələrdə 4 nadir bitki növü (Castanea sativa Mill.,Coryluscolurna L., Pyracantha coccinea M. Roem.,Crocus speciosus Bieb.) müəyyən olunub, onların populyasiyalarının demoqrafik strukturu və vəziyyəti öyrənilib. Həmçinin, meşə massivlərində bəzi invaziv növlərin (Ailanthus altissima (Mill.) Swingle, Robinia pseudoacacia L. və Conyza canadensiscanadensis (L.) Cronquist) meşəyə daxil olması qeydə alınıb. Nadir birkilərin populyasiyalarına aid alınan məlumatlar Azərbaycanın Qırmızı kitabının yeni nəşrində istifadə oluna bilər.