Arxiv
Mərdəkanda 8 minədək ağac və kol bitkisi əkilib
16.12.2019

Dekabrın 14-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki “Elm” istirahət mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirib.

AMEA-nın Dendrologiya İnstitutu tərəfindən keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Aksiya zamanı institut əməkdaşları qeyd olunan ərazidə 7 minə yaxın rozmarin, 300 ağac tingi, 430 kol bitkisi əkiblər.