Arxiv
Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidentləri seçiliblər
28.12.2019

Dekabrın 28-də AMEA-nın Ümumi yığıncağı çərçivəsində akademiyanın birinci vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.

Səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyev isə Təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti seçiliblər.