Arxiv
“Azərkosmos” ASC kosmik sahə üzrə elmi məqalə müsabiqəsi elan edir
09.01.2020

“Azərkosmos” ASC kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri kosmik sahə üzrə keçirilən elmi məqalə müsabiqəsində iştiraka dəvət edir.

Elmi işlər və məqalələr 12-16 oktyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq. Müsabiqə “Azərkosmos”un bu ilki tədbirdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir.

Sözügedən nümayəndə heyətinin tərkibində iştirak etmək üçün maraqlanan şəxslər yanvarın 31-dək kosmik sahə üzrə elmi məqalələrinin xülasəsini rustam.rustamov@azercosmos.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqə haqqında daha ətraflı məlumatı “Azərkosmos” ASC-nin rəsmi saytından əldə etmək olar.

http://science.az/news/open/11893