Arxiv
Botanika İnstitutunun magistrantları imtahan veriblər
15.01.2020

AMEA-nın Botanika İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb.

Müəssisənin “Botanika”, “Mikologiya”, ”Bitki fiziologiyası” və “Ətraf mühitin mühafizəsi və bioloji monitorinq” ixtisasları üzrə təhsil alan I kurs magistrantları “Biologiyanın müasir problemləri”, “Mikologiya” və ”Bitki fiziologiyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantları isə “Göbələklərin sənaye ştammları” və “Kənd təsərrüfatı və meşə mikologiyası” fənnindən imtahan veriblər.

Qeyd edək ki, qış imtahan sessiyası yanvar ayının sonunadək davam edəcək.