AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən, akademiyanın II kurs magistrantları təhsil proqramının əsas tərkib hissəsi olan elmi-tədqiqat təcrübəsinə başlayıblar.
Təcrübə müddətində magistrantlar elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin əsas yolları, dissertasiya işi üçün eksperimental xarakterli materialların toplanması, elmi-analitik informasiyalarla işləmək və eksperimental təcrübələrin aparılması istiqamətində praktiki biliklər əldə edirlər.
Elmi-tədqiqat təcrübəsində 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 magistrant iştirak edir. Daha sonra isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.