Arxiv
Azərbaycanlı gənc alimlər belaruslu həmkarları ilə əməkdaşlıq edəcəklər
11.03.2020

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə Belarus Elmlər Akademiyasının Gənc Alimlər Şurası arasında elmi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi şuranın sədri, f.ü.f.d., dos. Famin Salmanov və Belarus EA-nın Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski imzalayıblar.

Müqvilədə gələcəkdə iki qurum arasında elmin bütün istiqamətləri üzrə əlaqələri genişləndirmək, gənc alim və mütəxəssislərin qarşılıqlı təcrübə mübadilələrini təşkil etmək, birgə beynəlxalq səviyyəli tədbirlər keçirmək və digər məsələlər nəzərdə tutulub.