Arxiv
Botanika İnstitutunda dezinfeksiya işləri aparılıb
16.03.2020

AMEA Botanika İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə operativ işlər görülür. 27 fevral 2010-ci il tarixində AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə İnstitutda əməkdaşlar üçün dünya ölkələrində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVID-19) maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin həkimi Nəzakət Məmmədova koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yollarına dair ətrraflı məlumat verilmiş və əməkdaşların sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etmələri və hər hansı xəstəlik simptomlarına rast gəldikdə dərhal həkimə müraciət etmələri tövsiyə olunmuşdur.

İnstitutda mütəmadi şəkildə profilaktik tədbirlər həyata keçirilir. 14 mart 2020-ci il tarixində koronovirus inffeksiyasının yayılmasının qarşısının alınması üçün elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, muzey, kitabxana və dəhlizlərində dezinfeksiya işləri aparılmışdır. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” imzaladığı 11 mart 2020-ci il tarixli 104 saylı Sərəncamdan irəli gələn tapşırıqlar Botanika İnstitutunun bütün şöbə və laboratoriya əməkdaşlarının diqqətinə çatdırılmış, işçilərin yoluxma hallarını istisna etmək məqsədilə əlavə güzəştli davamiyyət rejimi tətbiq edilmişdir.