Arxiv
Botanika İnstitutunda distant tədris təsdiqlənmiş dərs cədvəli və fənn sillabuslarına uyğun davam etdirilir
15.04.2020

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 29 mart 2020-ci il № 114-li sərəncamına əsasən Botanika İnstitutunda distant tədris təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq skypezoom proqramları vasitəsilə keçirilir. II kurs magistrantların elmi rəhbərləri onlarla distant əlaqə yaradaraq fərdi iş planına uyğun olaraq dissertasiya işlərinin vaxtında tamamlanması üçün onlara elmi-metodiki məsləhətlər verirlər.

Müəllimlər  mühazirələrin və təqdimatın elektron formasını magistrantların elektron poçt ünvanlarına göndərirlər. Dərsin gedişi zamanı şəkil və videolar çəkilərək Təhsil şöbəsinə təqdim edilir. Mütəmadi olaraq dərslərin gedişi haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərin gedişinə nəzarət edilir.