Arxiv
TƏBRİK EDİRİK!
16.04.2020

Bu yaxınlarda ölkə Prezidenti möhtərəm İlham Əliyevin Qərarı ilə AMEA Botanika İnstitutunun yetirməsi, b.ü.f.d., dosent Vüqar Nəzir oğlu Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini kimi yüksək vəzifəyə təyin olundu.
Biomüxtəliflik və bitki sistematikası sahəsi üzrə istedadlı alim, xeyirxah insan, səmimi yoldaş olaraq tanınmış, əməkdaşların böyük hörmət və rəğbətini qazanmış Vüqar müəllimi bu münasibətilə səmimi qəlbdən təbrik edirık! Ona məsuliyyətli və müasir dövrümüz üçün son dərəcə zəruri vəzifə borclarının yerinə yetirilməsini tələb edən gələcək işlərində və elmi fəaliyyətindəböyük uğurlar arzulayırıq!
İnanırıq ki, zəngin flora və faunaya malik ana təbiətimiz Vüqar müəllimin peşəkarlığı və ən əsası Azərbaycan florasına dair müasir bilgilərə, dərin elmi potensiala malik olması sayəsində daha da çiçəklənəcək və möhkəm qorunacaqdır!