Arxiv
Mikrobioloq alim Real TV-nin qonağı olub
30.04.2020

Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Real TV-nin canlı yayımlanan “Xəbərlər” proqramının qonağı olub. Alim “Virusun artmasına münbit şərait haqqında” mövzusunda apardığı elmi araşdırmalarının nəticələrini izləyicilərin diqqətə çatdırıb. O, müasir dövrdə koronavirusun yayılmasına səbəb olan əsas amil kimi qloballaşmanı gostərib.

P.Muradov bildirib ki, iqlim və ekologiyanın sürətlə dəyişməsi səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılması ehtimalı yüksəkdir. Bunun səbəbi virusun çox asanlıqla mutasiya etmək qabiliyyətinə malik olmasıdır.

Verilişi bu link vasitəsilə izləmək mümkündür.