AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova Amerika Botaniklər Cəmiyyəti (The American Society of Plant Biologists) təşkilatçılığı ilə Plantae (onlayn-cəmiyyət) tərəfindən keçirilən silsilə vebinarlarda iştirak edib. Vebinar proqramlarının məqsədi COVID-19 pandemiyası şəraitində botaniklər arasında praktiki təcrübə mübadiləsini təmin olub.
Vebinarlarda İngiltərə (University of Сambridge), Amerika (University of Florida, NASA’s Kennedy Space Center) və Almaniyanın (Institute for Developmental Biology in Tübingen, Technical University of Munich) məşhur universitet və institutlarından olan 10 alimin məruzəsi dinlənilib.
Vebinarların sonunda fəal iştirakına görə A.Zeynalova Community təşkilatı tərəfindən sertifikata layiq görülüb.