AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, müəssisənin Biotexnologiya şöbəsinin kiçik elmi işçisi Aytac Nəbiyeva Böyük Britaniyanın nüfuzlu Birminhem Universitetinin “İnsan genetikası” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub.
A.Nəbiyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.
Qeyd edək ki, Birminhem Universiteti dünyanın ən yaxşı 100, İngiltərənin isə 15 ən güclü universiteti sırasında yer alır.