Arxiv
Azərbaycan Respublikası Prezidenti bir sıra fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb
18.05.2020

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 17 aprel tarixli 51-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14.8-1-ci maddəsində “elmi təşkilat” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 3, maddələr 403, 405, № 5, maddə 847, № 8, maddə 1398) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “1.0.54-cü” sözlərindən sonra “ ,14.8-1-ci” sözləri əlavə edilsin;

2.2. 2.11-ci bəndə “1.0.54-cü,” sözlərindən sonra “14.8-1-ci,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2020-ci il.