AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev İctimai TV-nin “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub. O, “Xroniki xəstəliklərdən əziyyət çəkənlər pandemiya dövrünü daha təhlükəsiz necə keçirməlidir?” mövzusu ətrafında çıxış edib.
N.Mustafayev Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən risk qrupuna daxil edilən xroniki xəstəliklərdən bəhs edib. Bildirib ki, bu xəstəlikləri olan insanlarda immun sistemi zəifləmiş olduğundan həmin insanların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Alim, həmçinin xroniki xəstəliyi olan insanların koronavirusdan qorunması yollarından və yoluxduqları halda onun daha yüngül formada keçirilməsi üsullarından danışıb.
Verilişi bu link vasitəsilə izləmək mümkündür.