Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.
Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.