AMEA Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, dos. Rəşad Səlimov 12 -13 may 2020 ci ildə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD, Türkiyə) təşkil etdiyi "Elmi Məqalə Yazma və Elmi Hakimlik" onlayn seminarkursunda iştirak edib.
Vebinarda iştirakçılara elmi məqalənin strukturu və məqalələrdə beynəlxalq standartlar, o cümlədən beynəlxalq səviyyəli elmi jurnallarda məqalə nəşr etdirmək qaydaları və mərhələləri barədə ətraflı məlumat verilib. Azərbaycan və Türkiyənin bir sıra universitet və institutlarından olan tədqiqatçıların iştirak etdiyi vebinarlarda əksəriyyətin maraqlandığı mövzulara dair maraqlı müzakirələr aparılıb.
Vebinarların sonunda dos. Rəşad Səlimov təşkilatçılar tərəfindən sertifikata layiq görülüb.