Arxiv
AMEA Botanika İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib
04.06.2020

AMEA Botanika İnstitutunda təhsilini başa vuran magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. Zoom proqramı vasitəsilə keçirilən iclasda institutun elmi işlər üzrə director müavini, b.e.d. E.Novruzov, Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent K.Əsədova, AMEA Mikrobiologiya İnstitutunun director vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü P.Muradov, b.e.d. K.Baxşəliyeva (sədr), magistrantlar və onların elmi rəhbərləri iştirak ediblər.

İclasda 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş “Mikologiya” və “Bitki fiziologiyası” ixtisasları üzrə II kursda təhsil alan magistrantlar Hüseynzadə Xalidə, Yusifova Yaqut, və İsgəndərli Elnarənin dissertasiya işləri müzakirə olunub.

Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.