AMEA-nın Botanika İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına start verilib. Ölkə ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı imtahanlar zoom proqramı vasitəsiilə həyata keçirilir. İlk olaraq magistrantlar "Göbələk genetikası", "Ekoloji mikrobiologiya", "Akvakultura" və "Ekologiyada riyazi modelləşdirmə" fənnləri üzrə qiymətləndiriliblər. Növbəti günlərdə Mikologiya, Bitki fiziologiyası və Botanika ixtisasları üzrə digər fənnlərdən də imtahanlar keçiriləcəkdir.