Arxiv
Azərbaycanın alimləri beynəlxalq virtual iclasda iştirak ediblər
06.07.2020

BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (GSPC) 1-ci hədəfinin həyata keçirilməsini təşviqi üçün qlobal təşəbbüsçüsü ABŞ-ın Missuri və Nyu-York Botanika Bağları, Böyuk Britaniyanın Kyu və Edinburq Kral Botanika Bağlarının birgə təsis etdikləri “Dünya Florası Onlayn” (WFO) konsorsiumu hesab olunur.

Məqsədi, Yer üzərində yayılmış 400 mindən çox damarlı bitki və mamırları ehtiva edən əlçatan məlumat bazasının yaradılması olan konsorsiuma, əsasən, Amerika, Avropa və Çin olmaqla 40 yaxın ölkənin aparıcı botanika təşkilatları üzv qəbul olunub. Post-sovet ölkələrindən isə Rusiya EA Komarov adına Botanika İnstitutu və Azərbaycan MEA Botanika İnstitutu bərabərhüquqlu üzv kimi beynəlxalq konsorsiumda təmsil olunub.

Xatırladaq ki, Konsorsiumun üzv təşkilatlarının ali heyətinin - Şuranının ildə iki dəfə iclası keçirilir və işçi qruplar tərərəfində irəli sürülüən məsələləri burada geniş və ətraflı müzakirə olunur. Dünyada mövcud yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbilə Belçikanın Meise şəhərində may ayında keçirilməsi planlaşdırılan Şuranın bu ilin ilk iclası təxirə salınmışdır. Bu səbəbdən  iclas Şüranın bütün üzv təşkilatlarının iştirakı ilə carı ilin İyul ayının 1-də “Zoom” platforması üzərindən virtual şəraitdə baş tutub.

AMEA-nın Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, institutun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov “Dünya Florası Onlayn” Şurasının növbəti onlayn iclasına dəvət ediliblər. Bu tədbirə, 42 üzv təşkilatın, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, İralndiya, İsveçrə, Avstarliya, Rusiya, Türkiyə, Braziliya və digər ölkələrdən 43 alim qatılıblar.

Onlayn şurada WFO konsorsiumunun həmsədrləri, ABŞ-ın Missuri Botanika Bağının prezidenti Prof.Dr. Peter Wyse Jackson və Cenevrə Botanika Bağının direktoru, Lozan Universitetinin professor Pierre-André Loizeau iclası açıq elən edərək, mövcud vəziyyətə dair məlumat veriv və konsorsiuma iki yeni üzvün qəbul olunduğunu bildiriblər. İclasda, beynəlxalq konsorsiumun 2019-2020-cillər üçün nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi, bitki qruplarına dair taksonomik məlumatların emalı və rəqəmsallaşma, yaxın gələcəkdə görüləcək prioritet istiqamətlərin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.   William Ulate (ABŞ) WFO portalının və taksonomik strukturunun yenilənməsi və yeni məlumatların daxil olması ilə bağlı informasiyaların emalına dair təqdimatı müzakirə olunub, təkliflər səsləndirilib. Taksonomik işçi qrupu adından Mark Watson və Alan Elliott (Böyük Britaniya ) və texniki işçi qrupundan isə Chuck Miller (ABŞ) və Walter Berendsohn (Almaniya) öz çıxışlarında bildiriblər ki, müxtəlif mənbələrdən əldə olunan informasiyaların emalı zamanı müxtəlif ranqlı bitki qruplarında həll olunmayan və açıq qalan müxtəlif məsələlər mövcuddur. Sonda bu istiqamətdə mövcud olan metod və yanaşmaların imkanları ətrafında fikir mübadiləsi aparılıb və Şuranın növbəti onlayn iclaslarında müzakirəsi qərara alınıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan alimlərinin belə bir yüksək səviyyəli platformada iştirakı, bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun onlayn taksonomik resurslarının və onlayn florasının yeniləşdirilməsi mexanizminin işlənib-hazırlanması kontekstində olduqca vacibdir.