AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilmişdir.
İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun direktoru, akademik Validə Əli-zadədir. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında müşahidə və təhlilə əsaslanan klassik botaniki, mikoloji araşdırmalarla yanaşı, eksperimental botaniki tədqiqatlara dair elmi məqalələr yer alıb. Hazırda jurnal WoS və Scopus elmmetrik məlumat bazalarına qiymətləndirmə üçün təqdim edilib.