Arxiv
“Elm” qəzetinin cari ildə 15-ci nömrəsi çapdan çıxıb
08.10.2020

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 15-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə dair çıxışı yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA Rəyasət Heyətinin cəbhə xəttində baş verənlərlə bağlı bəyanatı, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının həqiqi üzvü seçilməsi, həmçinin akademik Ramiz Mehdiyevin Fizika İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə tanışlığı, eləcə də akademiyanın Rəyasət Heyətinin iclasları öz əksini tapıb.

Qəzetdə, həmçinin akademiklər - İsa Həbibbəyli, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Yaqub Mahmudov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vasif Abbasov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının və digərlərinin Ermənistanın təxribatı və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə fikirlərini, eləcə də "Erməni vandalizmi: Tarixi-mədəni irsimizə qəsd", "Xalq müzəffər ordusuna daim dəstəkdir" adlı məqalələri oxuya bilərsiniz.

Bundan əlavə, qəzetdə "Azərbaycan kimya elminin indiki vəziyyəti və inkişaf perspektivləri" adlı məqalə, Milli Transliterasiya Sisteminin istifadəyə verilməsilə əlaqədar Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibə, yeni nəşrlər və elanlar da oxucuya təqdim edilir.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.