Botanika İnstitutunda Elmi Şuranın növbəti online iclası keçirilib. İclasın sədri, İnstitutun direktoru, akademik Validə Əlizadənin rəhbərliyi ilə institutun şöbə və laboratoriyaların illik hesabatları dinlənilib.
Məruzəçilər illik hesabatla çıxış edərək aparılan elmi tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti və beynəlxalq indeksli jurnallarda öz əksini tapmış məqalələr barədə məlumat veriblər. Həmçinin, beynəlxalq elmi əlaqələr və layihələr, müvafiq elektron məlumat bazaları, ekspedisiyalar, əməkdaşların nəşriyyat fəaliyyəti və onların əsərlərinə olan istinadlar, beynəlxalq səviyyəli elmi müşavirələrdə iştirak edilməsi haqqında məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının müdiri b.ü.f.d. Rəşad Səlimov, Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri b.ü.f.d. Ş.C.Muxtarova, Herbari şöbəsinin müdiri b.ü.f.d. Pərvanə Qaraxani, Bitki ehriyatları şöbəsinin müdiri b.e.d., professor Eldar Novruzov, Etnobotanika laboratoriyasının müdiri, b.e.d., professor Səyyarə İbadullayeva hesabat təqdimatları dinlənilib. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.
Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.