Arxiv
Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib
03.12.2020

Botanika İnstitutunun elmi işçisi Xatirə Qasımova ICAR-NIASM (Hindistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının Milli Abiotik Stress İdarəetmə İnstitutu) tərəfindən təşkil olunan “İqlim-Smart İnteqrasiya olunmuş Əkinçilik Sistemi (CİFS)”adlı vebinarda iştirak edib.

Vebinarın məruzəçisi ICAR-NIASM direktoru və vebinarın sədri Dr. Himanshu Pathak tərəfindən İqlim dəyişikliyinin kənd təak edibsərrüfatına təsirini, inteqrasiya edilmiş əkinçilik sisteminin faydaları və IFS-nin CIFS-ə necə çevriləcəyi haqqında məlumat verib. Həmçinin, müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən CIFS-də iqlim dəyişikliyi, ekoloji və iqtisadi davamlılığa nail olmaq üçün aqroekoloji strategiyalar, quraq ərazilərdə əkinçilik sistemi inkişafı haqqında ətraflı məlumat verilib. Vebinarda iqlim ağıllı inteqrasiya edilmiş əkinçilik sistemindənistifadə etməklə azməhsuldar torpaqlarda kənd təsərüfatı ilə məşğul olan fermerlərin problemlərnin həllində vacibliyi vurğulanıb. Sonda vebinarda fəal iştirakına görə Xatirə Qasımovaya ICAR-NIASM-in direktoru, Dr. Himanshu Pathak tərəfindən sertifikata təqdim olunub.