AMEA Botanika İnstitunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimov Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin təşkilatçılığı ilə keçirilən II-ci Beynəlxalq Biomüxtəliflik Tədqiqatları Simpoziumunda (2nd International Symposium on Biodiversity Research, ISBR2020) məruzəçi kimi dəvət olunaraq, plenar iclasda çıxış edib. Dünyada COVİD-19 Pandemiyası dövründəki məhdudiyyətlər nəzərə alınaraq Simpozium onlayn keçirilib. Bioloji müxtəlifliyin və ekosistemə dair müxtəlif aspektli məsələlərin müzakirə olunduğu simpoziumda azərbaycanlı alim “Azərbaycanda bioloji müxtəliflik və ekosistem tədqiqatlarının innovativ yanaşmalarının tətbiqi: nailiyyətlər və çağırışlar” mövzusunda məruzə edib, AMEA Botanika İnstitutda son illərdə bu sahədə aparılan məqsədyönlü tədqiqatlara dair məlumat verib. Məruzənin sonunda iştirakçıların sualları cavablandırılıb.