Arxiv
Biotəhlükəsizlik - sağlam ətraf mühitin başlıca şərti
30.12.2020

Yaşadığımız biotexnologiyalar əsrində elmi nailiyyətlər ikili xarakter daşıyır. Bir tərəfdən, biotexnoloji nailiyyətlər insanlar üçün faydalı olan məhsulların alınmasına və bu kimi məsələlərin həllinə yönəlib. Amma digər məqam ondan ibarətdir ki, günümüzdə bir çox bioloji təhlükənin də qaynağı elə biotexnologiyalardan yanlış istifadədir. Yarana biləcək qlobal fəsadların qarşının alınması məqsədi ilə də biotəhlükəsizlik anlayışı mövcuddur.

Mikrobiologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üvzü Pənah Muradov bildirib ki, bioloji elmlər çərçivəsində insanlara, heyvanlara, bitkilərə, ümumiyyətlə, təbiətə ziyan vurmadan və vurula biləcək ziyanı minimuma endirməklə bağlı olan vəzifələri özündə əks etdirən proseslər bioloji təhlükəsizlik adı altında birləşir. Alim koronavirus pandemiyasına qədər dünyanın bir çox bioloji təhlükələrlə üz-üzə qaldığını vurğulayıb. Onun sözlərinə görə, belə faktlardan biri də uzun illərdir mübarizə apardığımız transsərhəd sularının bioloji təhlükəsizliyidir.

"Azərbaycanın sularının 70 faizdən çoxu transsərhəd suları hesabına formalaşır. Transsərhəd su o deməkdir ki, başlanğıcını ölkənin yox, xarici dövlətin ərazisindən götürür. Transsərhəd suların qorunması haqda beynəlxalq konvensiya var. Qonşularımızdan Ermənistan konvensiyaya qoşulmayıb", - deyə P.Muradov söyləyib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.