Arxiv
Akademik Cəlal Əliyevin xatirəsi anılıb
01.02.2021

Bu gün dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elmlərinin görkəmli nümayəndəsi Cəlal Əliyevin vəfatından beş il ötür.

Bu münasibətlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. Onlar Cəlal Əliyev məktəbinin yetirməsi olduqları üçün qürur duyduqlarını bildirərək, akademikin Azərbaycan elmindəki misilsiz xidmətlərindən söz açıblar. Böyük alim Cəlal Əliyevin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasındakı rolundan, elmə verdiyi töhfələrindən, onun zəngin irsindən bəhs edərək mərhumun ruhuna dualar oxuyublar.