Arxiv
AMEA-nın gənc alimi Prezident mükafatına layiq görülüb
03.02.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva ölkə başçısının müvafiq Sərəncamı ilə 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

O, elm sahəsində xüsusi fərqləndiyinə görə, bu mükafatla təltif olunub.

Qeyd edək ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Səmra Mirzəyeva daim elmi və ictimai fəaliyyətinə görə fəqlənir. O, yerli və beynəlxalq konfranslarda fəal iştirak edib, məqalələri elmi jurnallarda nəşr olunub. Səmra Mirzəyeva 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə AMEA Rəyasət Heyətinin keçirdiyi müsabiqədə 3-cü yerə layiq görülüb. 2019-cu ildə isə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunub.