AMEA-nın "Elm və həyat" elmi-populyar jurnalının 2020-ci il üçün 4-cü nömrəsi nəşr olunub.
Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ümummilli lider Heydər Əliyevə həsr olunan müsahibəsi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Folklorda sələfi olmayan "Dədə Qorqud" obrazları", AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin və Geologiya və Geofizika İnstitutunun əməkdaşı Tariyel Hüseynovun "Mingəçevir şəhəri ətrafında mövcud texnogen gərginlik təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir", AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın "AMEA pandemiya ilə mübarizədə", AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Dünənin və bu günün qardaşlıq cəbhəsi", AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və AMEA prezidentinin köməkçisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikovun "Rəhbər və başçı: fərq nədir?" sərlövhəli məqalələri və digər materiallar yer alıb.
Bundan əlavə, rus dilində Ülviyə Hacıyevanın "Албанский монастырь Кяльбаджара - Дадиванк/Худаванк", Nəzmin Cəfərovanın "Религиозная толерантность в Азербайджане, или ответ на претензии политических и общественных деятелей ряда стран мира", Rəcəb Süleymanovun "Особенности культуры Республики Дагестан на современном этапе" sərlövhəli məqalələrini və Qaliyə Əliyevanın Lev Eppelbaumla müsahibəsini oxuya bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.