Arxiv
MBBİ-də magistrantların attestasiyası keçirilib
09.02.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların onlayn attestasiyası keçirilib.

İnstitutun direktoru, akademik İradə Hüseynovanın 5 fevral 2020-ci il tarixli əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edilib.

Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.

Qeyd edək ki, hazırda müəssisədə 15 magistrant, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 1, “Biotexnologiya” ixtisası üzrə 2, II kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə isə 1 nəfər təhsil alır.