Arxiv
Botanika İnstitutunun gənc mütəxəssisləri “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak edib
17.02.2021

AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova və elmi işçisi Nigar Mürsəl qızı COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak etmişdir. Vebinar “Qadınlar və qızlar elmdə” beynəlxalq gününə həsr olunmuşdur. Vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət diskusiya paneli təşkil olunmuşdur.

Ümumilikdə təşkil ounmuş iclasa 170-dən çox alim qatılmışdır. Vebinarın sonunda Aydan Zeynalova və Nigar Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikatalayiq görülmüşdür.