Arxiv
Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
05.03.2021

AMEA-nın Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Elmi şura və Qadınlar şurasının birgə onlayn iclası keçirilib.  

Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. V.Əlizadə qadınların cəmiyyətdəki rolundan danışaraq qeyd edib ki, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Diqqətə çatdırıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

Tədbirdə b.e.d. professor Səyyarə İbadullayeva, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d. Rəşad Səlimov, İnstitutun, ümumi işlər üzrə direktor müavini İmran Babayev, həmçinin MNB-in direktoru, b.e.d. Vahid Fərzəliyev çıxış edərək qadınları bu gün münasibətilə təbrik edib, Azərbaycan qadınlarının ictimai-siyasi və elm sahəsində əldə etdiyi nailiyyətlərindən bəhs ediblər.