Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Fəxri xiyabanda olublar
17.03.2021

Bu gün Novruz bayramı ərəfəsində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı Fəxri xiyabanda olublar.

Onlar əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, ümummillli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyublar.

Daha sonra müəllimləri - Azərbaycanda biologiya elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər. Alimin tələbələri onun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən, alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söhbət açaraq müəllimlərinin xatirəsinin onların qəlbində daim yaşayacağını vurğulayıblar.