Arxiv
Zoologiya İnstitutu müsabiqə elan edir
18.03.2021

AMEA-nın Zoologiya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Quru onurğasızları laboratoriyasının aparıcı elmi işçisi üzrə 1, Parazitologiya laboratoriyasının baş elmi işçisi üzrə 1, kiçik elmi işçisi üzrə 1,  Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi üzrə 1, Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi üzrə 2, böyük elmi işçisi üzrə 1, elmi işçisi üzrə isə 1 ştat vahididir.

Müsabiqədə biologiya elmləri üzrə fəlsəfə və ya elmlər doktoru dərəcəsi olan elmi işçilər və ya müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1004, Bakı şəh., A.Abbaszadə küç., 1128 döngə, 504 məhəllə

Tel.:  (+994 12) 539 73 53

E-mail: info@zoology.science.az