Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ öz florasına görə ölkəmizin ən zəngin torpağı hesab edilir. Bu yerlər müxtəlif nadir, şəfalı bitkilərin, güllərin vətəni olub. Onlardan biri də "Azərbaycanın Qırmızı Kitabı"na daxil edilmiş xarı bülbüldür. AMEA-nın Mərkəzi Nəbatət Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə xarı bülbülün həm də şəfalı bitki olduğunu qeyd edir.
Mütəxəssisin sözlərinə görə xarı bübülü çoxaltmaq digər bitkilərə nisbətən daha çətindir. Bitkinin kök hissəsində olan həssas simbioz göbələklər onun köçürülməsini də xeyli çətinləşdirir.
Hazırda AMEA Mərkəzi Nəbatət Bağının sözügedən laboratoriyasının təcrübə sahəsində xarı bülbül çoxaldılır, becərilir və qorunub saxlanılır.
Daha ətraflı Elm Tv-nin hazırladığı reportajdan izləyə bilərsiniz.