Arxiv
Botanika İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
21.06.2021

AMEA Botanika İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. İclasda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən f.ü.f.d. Qafil Dəmirov, İnstitutun direktoru, akademik Validə Əli-zadə  elmi işlər üzrə director müavini, b.e.d. E.Novruzov, Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent K.Əsədova, magistrantlar və onların elmi rəhbərləri və digər adiyyəti şəxslər iştirak ediblər.

2020-2021-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş "Botanika" ixtisası üzrə 3, "Mikologiya" ixtisası üzrə 1, "Bitki fiziologiyası" ixtisası üzrə 1 və "Ətraf mühitin mühafizəsi və monitorinqi" ixtisası üzrə 1 magistrant dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.

Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.

Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri b.e.d. Eldar Novruzov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib.

İnstitutun direktoru, akademik Validə Əli-zadə magistrantları təbrik edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.